BAKI. 30 yanvar. REPORT.AZ/ Dünya bazarlarında neftin və qazın qiymətinin ucuzlaşması iqtisadi böhrana səbəb olub. Türkmənistan da bu şəraitdə müvafiq addımlar atmalı və dövlət xərclərini azaltmalıdır. "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Türkmənistan Nazirlər Kabinetinin iclasında prezident Qurbanqulu Berdımuxammedov səsləndirib.
Berdımuxammedov bildirib ki, böhrana cavab olaraq ölkədə fövqəladə addımlar atılıb. Belə ki, Türkmənistan manatının məzənnəsi aşağı salınıb. Bəzi mal və xidmətlərin qiyməti artırılıb.
Berdımuxammedov, "Lazımsız xərclərdən çəkinməliyik. Kreditlərin miqdarı azaldılmalıdır. Büdcəyə əməl etməliyik" deyə əlavə edib.