Türkmənistan mart ayında ilk peykini orbitə çıxaracaq

Türkmənistan mart ayında ilk peykini orbitə çıxaracaq Türkmənistan prezidenti qeyd edib ki, ölkənin şəxsi rabitə peykinin olması rabitə, televiiziya və digər sahələrin inkişafını sürətləndirəcək
Region
9 Fevral , 2015 11:54
Türkmənistan mart ayında ilk peykini orbitə çıxaracaq

Bakı. 9 fevral. REPORT.AZ/ Türkmənistanın ilk "TürkmənAləm" kosmik rabitə peykinin orbitə buraxılması bu ilin mart ayında nəzərdə tutulub. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Türkmənistan rabitə peykinin orbitə buraxılması üzrə hazırlıq işləri haqqında hökumətin növbəti iclasında nəqliyyat və rabitə sahəsinə rəhbərlik edən baş nazirin müavini Satlık Satlıkov məlumat verib. 

Bunun əhəmiyyəti haqqında danışan Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov vurğulayıb ki, respublikanın şəxsi rabitə peykinin olması  ölkədə rabitə, televiiziya və digər sahələrin inkişafını sürətləndirəcək.

"TürkmənAləm" rabitə peyki Fransanın "Thales Alenia Space" şirkəti tərəfindən ərsəyə gətirilib. Peyk ABŞ-ın "Falcon-9" raket daşıyıcısı vasitəsilə yerdən təxminən 36 min km. məsafədə yerləşən geostasionar orbitə çıxarılacaq. 

Son xəbərlər

Orphus sistemi