​Türklər Türkiyənin ABŞ-dakı səfirliyi qarşısında keşik çəkməyə başlayıb

​Türklər Türkiyənin ABŞ-dakı səfirliyi qarşısında keşik çəkməyə başlayıb Onlar 10 gün ərzində həmin ərazidəki səkilərin üstündə çadır qurub yaşayacaqlar
Region
15 Aprel , 2015 16:27
​Türklər Türkiyənin ABŞ-dakı səfirliyi qarşısında keşik çəkməyə başlayıb

Bakı. 15 aprel. REPORT.AZ/ Bu gündən ABŞ-dakı türklər Türkiyənin bu ölkənin paytaxtı Vaşinqtondakı səfirliyinin binası qarşısında keşik çəkməyə başlayıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, buna səbəb aprelin 24-də səfirliyin binası qarşısında ermənilərin nümayiş keçirməsinə mane olmaqdır.

Məlumatda bildirilib ki, yağmurlu hava şəraitinə baxmayaraq, türklər səfirliyin binasının qarşısına toplaşıb. Məlumatda qeyd olunub ki, onlar 10 gün ərzində həmin ərazidəki səkilərin üstündə çadır qurub yaşayacaqlar. Keşik çəkənlər özləri ilə yataq kisəsi, ədyal, plaş və ərzaq məhsulları aparıblar. 

Son xəbərlər

Orphus sistemi