Bakı. 22 fevral. REPORT.AZ/ Türkiyəyə 2014-2015-ci illərdə 2 milyon 720 min 438 nəfər mühacirət edib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiəynin Statistika Qurumu məlumat yayıb.
Məlumata görə, mühacirlər ölkənin 81 əyalətindən 50-də məskunlaşdırılıblar. Türkiyə əhalisinin sayı 78,7 milyon nəfər olduğu halda, mühacirlər bu rəqəmin 3,45 faizini təşkil edir.
Qaçqınlar daha çox ölkənin Qars, Ağrı, Muş, Bayburt, Yozqat, Şırnak, Ərdaha və Bitlis əyalətlərində məskunlaşdırılıb.