​Türkiyənin Yunanıstandakı konsulluğunun binasına hücum olub

​Türkiyənin Yunanıstandakı konsulluğunun binasına hücum olub Hücumun məsuliyyətini hələ üzərinə götürən yoxdur
Region
18 İyun , 2016 15:31
​Türkiyənin Yunanıstandakı konsulluğunun binasına hücum olub

Bakı. 18 iyun. REPORT.AZ/ Naməlum maskalılar Yunanıstanın Saloniki şəhərindəki Türkiyənin konsulluğunun binasını qoruyan xüsusi təyinatlıların əməkdaşlarına hücum edib, "Molotov" kokteyl atıblar.

"Report"un "eleftheriaonline.gr"ə istinadən verdiyi məlumata görə, hücum edənlər yandırıcı qarışıqla olan şüşə qabları asayiş keşikçilərinə doğru atsalar da, "kokteyllər" asfalta düşərək, dağılıb.

Məlumata görə, hadisə nəticəsində ciddi zərərçəkən olmayıb, amma konsulluğun binası yaxınlığındakı avtomobillər ziyan çəkib.

Hücumun məsuliyyətini hələ ki, üzərinə götürən yoxdur.

Son xəbərlər

Orphus sistemi