Türkiyənin yüksək rütbəli zabiti ABŞ-dan sığınacaq istəyib

Türkiyənin yüksək rütbəli zabiti ABŞ-dan sığınacaq istəyib O, Ankaraya qayıtmaqdan imtina edib
Region
10 Avqust , 2016 07:16
Türkiyənin yüksək rütbəli zabiti ABŞ-dan sığınacaq istəyib

Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyənin ali rütbəli zabiti ABŞ-dan sığınacaq istəyərək Ankaranın geri qayıtmaq tələbinə rədd cavabı verib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatların Silahlı Qüvvələrindəki mənbəyə istinadən xəbər verib.

Məlumata görə, adı açıqlanmayan zabit xidməti ezamiyyətdə olub və NATO-nun Norfolkdakı (Virciniya ştatı) qərargahındakı qurumlardan birinə müvəqqəti rəhbərlik edib. 

Vaşinqtondakı səfirlikdən bildirilib ki, ötən ay Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Mustafa Uğurlunun da həbsinə order verilib. O, rəhbərliyin vətənə qayıtmaq əmrinə tabe olmayıb. 

Son xəbərlər

Orphus sistemi