​Türkiyənin yük gəmisi Rusiya sahillərində saya oturub

​Türkiyənin yük gəmisi Rusiya sahillərində saya oturub Gəminin göyərtəsində 11 heyət üzvü var
Region
24 Aprel , 2016 11:09
​Türkiyənin yük gəmisi Rusiya sahillərində saya oturub

Bakı. 24 aprel. REPORT.AZ/ Türkiyənin taxta-şalban daşıyan yük gəmisi Azov dənizinin Azov-Don kanalı ərazisində saya oturub.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin bazar günü səhər yaydığı məlumatda bildirilir.

"Rostov-na-Donudan Türkiyə istiqamətində hərəkət edən və taxta-şalban daşıyan Türkiyə gəmisi Azov-Don kanalının 25-ci siqnal üzgəci rayonunda saya oturub. Gəminin göyərtəsində 11 heyət üzvü var", - deyə nazirlik nümayəndəsi bildirib.

Onun sözlərinə görə, saya oturmanın mümkün səbəbi gəmidə elektron avadanlıqlarla bağlı problem ola bilər.

"Gəminin suya qaytarılması üçün Rostov limanından iki kater çıxıb", - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

Mart ayının ortalarında Türkiyəyə məxsus başqa bir yük gəmisi Kerçen boğazından keçərkən onun üzərindəki körpünün dayağını zədələmişdi. Həmin vaxt Rusiya məhkəməsi gəminin yükünə həbs qoymuşdu.

TASS-ın məlumatına görə, hadisə zamanı heyət üzvləri arasında xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi