​Türkiyənin yeni Konstitusiya layihəsində muxtariyyət məsələsi nəzərdə tutulmayıb

​Türkiyənin yeni Konstitusiya layihəsində muxtariyyət məsələsi nəzərdə tutulmayıb Yeni Əsas Qanunun layihəsi: "Prezidentin səlahiyyət müddəti 5 ildir. Bir nəfər ən çoxu iki dəfə prezident seçilə bilər"
Region
5 Yanvar , 2016 16:21
​Türkiyənin yeni Konstitusiya layihəsində muxtariyyət məsələsi nəzərdə tutulmayıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyənin yeni Konstitusiya layihəsində muxtariyyət və ya vilayət məsələləri nəzərdə tutulmayıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu, hakim Ədalət və İnkişaf Partiyasının ötən dövr ölkə parlamentinin Konstitusiya Uzlaşma Komissiyasına təqdim etdiyi layihədə öz əksini tapmayıb.

Həmin layihədə aşağıdakı təkliflər də var:

- prezidentin səlahiyyət müddəti 5 ildir. Bir nəfər ən çoxu iki dəfə prezident seçilə bilər;

- parlament seçkilərində 5 faizdən çox səs alan partiyalar və 100 min seçici prezidentliyə namizəd irəli sürə bilər;

- prezident seçilən millət vəkilinin deputat səlahiyyətlərinə son verilir;

- prezident dövlət başçısıdır. İdarəetmə onun səlahiyyətlərinə aiddir və s.

Qeyd edək ki, ötən gün Türkiyənin baş naziri Əhməd Davudoğlu Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli ilə görüşündə yeni Konstitusiya layihəsini və ölkədəki vəziyyəti müzakirə edib. Dövlət Bahçelinin yeni Əsas Qanun layihəsindəki muxtariyyət və prezidentliklə bağlı tənqidinə cavab olaraq yuxarıda qeyd etdiyimiz maddələr də yayılıb. 

Son xəbərlər

Orphus sistemi