Türkiyə XİN-i: "Ankara və Moskva müşahidə uçuşunun marşrutu üzrə razılığa gələ bilməyib"

Türkiyə XİN-i: "Ankara və Moskva müşahidə uçuşunun marşrutu üzrə razılığa gələ bilməyib" "Rusiya Federasiyasının 2-5 fevral 2016-cı il tarixlərində uçuşa qadağa qoyulması fonunda belə bir razılıq əldə olunmayıb"
Region
4 Fevral , 2016 12:33
Türkiyə XİN-i: Ankara və Moskva müşahidə uçuşunun marşrutu üzrə razılığa gələ bilməyib

Bakı. 4 fevral. REPORT.AZ/ Rusiya təyyarələrinin Türkiyə ərazisi üzərindən müşahidə uçuşunun ləğvi onun marşrutu ilə bağlı razılıq əldə oluna bilməməsi ilə bağlıdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiçin bəyanatında deyilir.

"Müşahidə uçuşları tərəflərin uçuşun marşrutu üzrə razılıq əldə etməsindən sonra həyata keçirilir. Rusiya Federasiyasının 2-5 fevral 2016-cı il tarixlərində uçuşa qadağa qoyulması fonunda belə bir razılıq əldə olunmayıb. Buna görə də uçuş həyata keçirilməyib", - sənəddə qeyd olunur.

Son xəbərlər

Orphus sistemi