Bakı. 17 sentyabr. REPORT.AZ/ "Ankara və Moskva arasında bir sıra fikir ayrılıqlarının olmasına baxmayaraq, Yaxın Şərq bölgəsinə bütövlükdə yanaşmamız eynidir".
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşündə bildirib.
Görüşdə regional, beynəlxalq problemlər, eləcə də Suriyadakı vəziyyət müzakirə edilib.
F.Sinirlioğlu bildirib ki, Türkiyə Yaxın Şərqdə sabitliyin təminatçısıdır.