Türkiyənin Van şəhərində zəlzələ olub

Türkiyənin Van şəhərində zəlzələ olub Təbii fəlakət əhali arasında ciddi təşvişə səbəb olsa da, ancaq hər hansı bir xəsarət və ya can itkisi olmayıb
Region
21 Yanvar , 2015 18:57
Türkiyənin Van şəhərində zəlzələ olub

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyədə zəlzələ olub. "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, təbii fəlakət Bakı vaxtı ilə saat 17:58-də Van şəhərinin Gevaş rayonunda qeydə alınıb.

Maqnitudası 4,4, dərinliyi 15,82 kilometr olan zəlzələ rayon mərkəzində və ətraf qəsəbələrdə də hiss edilib. Təbii fəlakət əhali arasında ciddi təşvişə səbəb olsa da, ancaq hər hansı bir xəsarət və ya can itkisi olmayıb.

Son xəbərlər

Orphus sistemi