​Türkiyənin Van bölgəsində antiterror əməliyyatı keçirilib, 19 şübhəli tutulub

​Türkiyənin Van bölgəsində antiterror əməliyyatı keçirilib, 19 şübhəli tutulub Yerli prokurorluq onlara qarşı terrorçu PKK qruplaşması ilə əlaqəli olmaq kimi maddələr üzrə cinayət işi açıb
Region
17 Mart , 2016 13:15
​Türkiyənin Van bölgəsində antiterror əməliyyatı keçirilib, 19 şübhəli tutulub

Bakı. 17 mart. REPORT.AZ/ Türkiyənin Van bölgəsində 32 müxtəlif ünvanda eyni zamanda keçirilən antiterror əməliyyatı nəticəsində 19 nəfər tutulub.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, Van bölgə prokurorluğu onlara qarşı terrorçu PKK qruplaşması ilə əlaqəli olmaq, terrorçuluğu təbliğ və himayə etmək maddələri üzrə cinayət işi açıb.

Axtarış nəticəsində terrorçuların yaşadığı evlərdən tapança, ov tüfəngi, "Kalaşnikov"avtomatı, bu silahlara aid güllələr, 3 ratsiya, habelə terrorçu qruplaşmaya dair sənədlər aşkarlanaraq, götürülüb. 

Son xəbərlər

Orphus sistemi