Türkiyə Suriya ilə sərhədin bir hissəsini "xüsusi təhlükəsizlik" bölgəsi elən edib

Türkiyə Suriya ilə sərhədin bir hissəsini "xüsusi təhlükəsizlik" bölgəsi elən edib Bu qərar terrorçu İŞİD qruplaşmasından qaynaqlanan təhlükənin qarşısını almaq məqsədi daşıyır
Region
29 İyul , 2015 01:01
Türkiyə Suriya ilə sərhədin bir hissəsini xüsusi təhlükəsizlik bölgəsi elən edib

Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyə bir həftə müddətinə Suriya ilə sərhəddə yerləşən dörd rayonu "xüsusi təhlükəsizlik" bölgəsi elən edib.

"Report"un NTV telekanalına istinadən verdiyi məlumata görə, Kilis bölgəsinin rəhbərliyi tərəfindən qəbul edilən bu qərar terrorçu İŞİD qruplaşmasından qaynaqlanan təhlükənin qarşısını almaq məqsədi daşıyır.

Xatırladaq ki, iyulun 23-də sərhəddə Suriya tərəfindən açılan atəş nəticəsində Kilis vilayətində iki hərbçi öldürülmüşdü.

Son xəbərlər

Orphus sistemi