Türkiyənin Şırnak vilayətində antiterror əməliyyatları başa çatıb

Türkiyənin Şırnak vilayətində antiterror əməliyyatları başa çatıb Antiterror əməliyyatlarında Türkiyə təhlükəsizlik qüvvələrindən 24 nəfər şəhid olub
Region
12 Fevral , 2016 01:50
Türkiyənin Şırnak vilayətində antiterror əməliyyatları başa çatıb

Bakı. 12 fevral. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri ölkənin Şırnak vilayətinin Cizre rayonunda Kürd Fəhlə Partiyasına (PKK) qarşı keçirdiyi antiterror əməliyyatları başa çatdırıb.

Anadolu Agentliyinin məlumatına görə, 2015-ci il dekabrın 14-dən davam edən antiterror əməliyyatlarında Türkiyə təhlükəsizlik qüvvələrindən 24 nəfər şəhid olub. Terrorçular tərəfindən rayonda qazılmış 300 xəndək doldurulub, 700 barrikada dağıdılıb, 600-dən artıq PKK mənsubu məhv edilib. Bundan başqa, terrorçulardan çox sayda silah və sursat, o cümlədən 1000-dən artıq partlayıcı ələ keçirilib.

Terrorçuların açdıqları atəş və törətdikləri partlayışlar nəticəsində mülki əhali arasında da itki qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi