​Türkiyənin Şırnak bölgəsində tank batalyonuna silahlı hücum olub

​Türkiyənin Şırnak bölgəsində tank batalyonuna silahlı hücum olub PKK-nın hücumu nəticəsində 1 hərbçi ağır yaralanıb
Region
29 İyul , 2016 23:44
​Türkiyənin Şırnak bölgəsində tank batalyonuna silahlı hücum olub

Bakı. 29 iyul. REPORT.AZ/ Axşam saatlarında PKK-lı bir qrup terrorçu Cudi Dağı ətəklərində Qala Tank Batalyonuna minaatan və uzun lüləli silahlarla hücum edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, hücum anında qarşılıq verən təhlükəsizlik qüvvələri ilə PKK-lı terrorçular arasında atışma olub.

Döyüşdə ağır yaralanan 1 hərbçi vertolyotla Şırnak hərbi hospitalına aparılıb.

Havanın qaranlıq olmasından istifadə edərək meşəyə qaçan terrorçuların yaxalanması üçün bölgədə havadan əməliyyata başlanılıb.

Son xəbərlər

Orphus sistemi