​Türkiyənin şərqində 35 dərəcə şaxta qeydə alınıb

​Türkiyənin şərqində 35 dərəcə şaxta qeydə alınıb Ölkənin qərbi də yeni ili soyuq hava ilə qarşılayacaq
Region
29 Dekabr , 2014 13:11
​Türkiyənin şərqində 35 dərəcə şaxta qeydə alınıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Türkiyənin qərb hissəsi yeni ili Balkanlardan gələn soyuq hava ilə qarşılayacaq.

"Report" "CNNTürk"ə istinadən xəbər verir ki, hazırda ölkənin şərq hissəsində yağan güclü qarın təsiri aradan qaldırılmaqdadır.

Van əyalətinin Çaldıran rayonunda 35 dərəcə şaxta qeydə alınıb. Belə şaxtalı hava məntəqədəki su hövzələrini, ağacları, hətta məscidin qarşısında dirəkdən asılmış ölkə bayrağını belə dondurub.

Məlumata görə, Türkiyənin dörd bir yanı qarla örtülüb. 

Son xəbərlər

Orphus sistemi