​Türkiyənin səfirliyinin binasına güllə atan erməniyə iş kəsilib

​Türkiyənin səfirliyinin binasına güllə atan erməniyə iş kəsilib O, Rusiya vətəndaşıdır və Tula vilayətində "Dobrıy les" adlı şirkətin başçısıdır
Region
4 Aprel , 2015 09:59
​Türkiyənin səfirliyinin binasına güllə atan erməniyə iş kəsilib

Bakı. 4 aprel. REPORT.AZ/ Türkiyənin Rusiyadakı səfirliyinin binasına atəş açmış erməni Artur Mirzoyan iki il azadlıqdan məhrum edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Mirzoyanın vəkili Georgi Şatvoryan bildirib.

Vəkil məhkəmənin qərarı ilə razılaşmadıqlarını, Türkiyənin "qondarma erməni soyqırımını tanımadığı" üçün müvəkkilinin səfirliyə şikayətə getdiyini və s. bu sayaq fikirlər söyləyib.

Xatırladaq ki, A.Mirzoyan 2014-cü il avqustun 18-də Türkiyənin Moskvadakı səfirliyinin binasının divarındakı gerbi iki dəfə güllələyib.

O, Rusiya vətəndaşıdır. RF-nin Tula vilayətində "Dobrıy les" adlı şirkətin başçısıdır. 

Son xəbərlər

Orphus sistemi