Türkiyə prezidentinin sözçüsü Cerablus əməliyyatı ilə bağlı açıqlama yayıb

Türkiyə prezidentinin sözçüsü Cerablus əməliyyatı ilə bağlı açıqlama yayıb İbrahim Kalın: "Türkiyə sərhədinin təhlükəsizliyini və Suriyanın ərazi bütövlüyünü qorumaq üçün lazım olan addımları atacaq"
Region
24 Avqust , 2016 19:04
Türkiyə prezidentinin sözçüsü Cerablus əməliyyatı ilə bağlı açıqlama yayıb

Bakı. 24 avqust. REPORT.AZ/ "Cerablus əməliyyatının hədəfi sərhədlərimizi İŞİD və YPG (terrorçu PKK-nın Suriyadakı qollarından biri - "Report") də daxil olmaqla bütün terrorçulardan təmizləməkdir".

"Report" Haber7-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın "Twitter" səhifəsində yazıb.

"Türkiyə sərhədinin təhlükəsizliyini və Suriyanın ərazi bütövlüyünü qorumaq üçün lazım olan addımları davamlı olaraq atacaq. Türkiyə buna tam qərarlıdır" - deyə İbrahim Kalın bildirib.

Son xəbərlər

Orphus sistemi