​Türkiyənin müdafiə naziri: "Türk əsgərləri Başikada təlimləri davam etdirir"

​Türkiyənin müdafiə naziri: "Türk əsgərləri Başikada təlimləri davam etdirir" Rəsmi Bağdad isə türk əsgərinin həmin ərazidən çıxmasını tələb edir
Region
25 Dekabr , 2015 20:58
​Türkiyənin müdafiə naziri: Türk əsgərləri Başikada təlimləri davam etdirir

Bakı. 25 dekabr. REPORT.AZ/ İraqın Başika bölgəsindəki Türkiyə əsgərləri terrorçuluğa qarşı mübarizə ilə bağlı təlimləri davam etdirir və bu məsələ üzrə yenidən tənzimləmə işləri görülür.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz bildirib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin bir qrup əsgəri iki il yarımdır Mosul əyalətinin Başika rayonunda İraqın şimalındakı muxtar hökumətin silahlılarına terrorçuluğa qarşı mübarizə aparmaq üçün təlimlər keçir. Rəsmi Bağdad isə türk əsgərinin həmin ərazidən çıxmasını tələb edir. 

Son xəbərlər

Orphus sistemi