Türkiyənin Jandarma Baş Qərərgahı çevrilişə cəhd göstərən qüvvələrdən azad edilib

Türkiyənin Jandarma Baş Qərərgahı çevrilişə cəhd göstərən qüvvələrdən azad edilib Qərərgahı ələ keçirən Fətullahçı Terror Təşkilatının üzvü olan hərbiçilər zərərsizləşdirilib
Region
16 İyul , 2016 09:55
Türkiyənin Jandarma Baş Qərərgahı çevrilişə cəhd göstərən qüvvələrdən azad edilib

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyənin xüsusi təyinatlı polis bölmələri Jandarma Baş Qərərgahını çevrilişə cəhd edən qüvvələrdən azad edib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə görə, qərərgahı ələ keçirən Fətullahçı Terror Təşkilatının (FETO) üzvü olan hərbiçilər zərərsizləşdirilib.

"Ankarada Beştəpədəki Jandarma Baş Komandanlığı üsyançıların nəzarətinə keçmişdi. Buradan Türkiyədəki 81 bölgənin jandarmasını təşviq və idarə edərək çevrilişə cəhd ediblər", deyə Türkiyə Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin rəisi Cəlaləddin Ləkəsiz bildirib.

O qeyd edib ki, qiyamçılar mühasirəyə alınıb və axşamdan bəri burada atışma davam edib. İdarə rəisinin sözlərinə görə, indiyədək orada çevriliş cəhdində olan əsgərlərdən 16 nəfəri öldürülüb, 250 nəfərə yaxını isə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi