Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyənin Hərbi Hava Qüvvələrinin keçmiş komandanı, ordu generalı Akın Öztürk və Quru Qoşunlarının Təhsil və Planlaşdırma Komandanlığının müharibə və dəstək üzrə komandanı general Mətin İyidilə qarşı vətənə xəyanət ittihamı irəli sürülüb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində hər iki generala qarşı vətənə xəyanət ittihamı ilə cinayət işi başlanıb.