Bakı. 14 mart. REPORT.AZ/ Türkiyənin iki bölgəsində 17 terrorçu zərərsizləşdirilib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, antiterror əməliyyatı nəticəsində Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunda 15, Mardinin Nusaybin rayonunda isə 2 terrorçu məhv edilib.