Türkiyənin İstanbul şəhərində terror aktı törətmiş şəxs saxlanılıb

Türkiyənin İstanbul şəhərində terror aktı törətmiş şəxs saxlanılıb Partlayışı törətmiş şəxslə birlikdə daha bir neçə nəfər yaxalanıb
Region
7 Oktyabr , 2016 01:55
Türkiyənin İstanbul şəhərində terror aktı törətmiş şəxs saxlanılıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin Bahçelievler rayonunun Yenibosna 75 il Polis Mərkəzi yaxınlığında ötən gün terror aktı törətmiş PKK terrorçusu yaxalanıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, İstanbul Polisinin Terrorla Mübarizə Şöbəsi Yenibosna 75 il Polis Mərkəzi yaxınlığında baş vermiş və 10 nəfərin xəsarət alması ilə nəticələnmiş terror aktını törətməkdə şübhəli bilinən PKK terrorçusunun təşkilatın Suriya və ya İraqdakı düşərgələrinə getmək məqsədilə bir avtomobillə şəhərdən ayrıldığını müəyyənləşdirib. Dərhal digər təhlükəsizlik orqanlarına bu barədə məlumat verilib.

Terrorçu saxta sənədlə qaçmağa çalışarkən Ağsaray rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. "Anadolu"nun xəbərinə görə, partlayışı törətmiş şəxslə birlikdə daha iki nəfər saxlanılıb.

"Habertürk" isə cinayətkarla birlikdə 6 nəfərin saxlanıldığını xəbər verib.

Qeyd edək ki, ötən gün İstanbul şəhərinin Bahçelievler rayonunun Yenibosna 75 il Polis Mərkəzi yaxınlığıda partlayış baş verib. Partlayıcı qurğu quraşdırılmış avtomobil ilə polis məntəqəsinə hücum olub. Nəticədə 1-i ağır olmaqla 10 nəfər yaralanıb.

Polis məntəqəsinə hücum partlayıcı yüklənmiş iki motosiklet vasitəsilə törədilib.

Son xəbərlər

Orphus sistemi