Bakı. 12 avqust. REPORT.AZ/ Türkiyənin İstanbul Şəhər Polisinin Terrorla Mücadilə Şöbəsi tərəfindən keçirilmiş xüsusi əməliyyat zamanı İŞİD terror təşkilatı ilə əlaqədə olan 43 əcnəbi saxlanılıb.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Məlumata görə, saxlanılanlardan 13-ü uşaqdır.
Agentlik bildirib ki, İŞİD-lə əlaqəsi olan daha 4 Suriya vətəndaşının yaxalanması üçün tədbirlər həyata keçirilir.