Türkiyənin İncirlik hərbi bazası ilə bağlı Almaniya qarşısında irəli sürdüyü şərtlər açıqlanıb

Türkiyənin İncirlik hərbi bazası ilə bağlı Almaniya qarşısında irəli sürdüyü şərtlər açıqlanıb Almaniya İncirlikdə 33 450 kv.mertlik sahə istəyir
Region
21 Sentyabr , 2016 12:32
Türkiyənin İncirlik hərbi bazası ilə bağlı Almaniya qarşısında irəli sürdüyü şərtlər açıqlanıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Türkiyə Almaniyanın İncirlikdə hərbi baza qurması ilə bağlı şərtlərini açıqlayıb.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bununla da rəsmi Ankara tərəflər arasında məsələyə dair yeni müzakirələrin başlanmasına yol açıb.

Məlumata görə, Almaniya İncirlikdə uçuş sahəsi, anqar, qərargah, yataqxana və ofis binaları üçün 33 450 kv.metrlik sahə istəyir.

Xəbərdə bildirilib ki, rəsmi Ankara İncirlikdə inşa ediləcək həmin tikililərin Türkiyə Silahlı Qüvvələrinə məxsus inventarlara daxil edilməsi şərti daxilində razılıq verib.

İki ölkə arasındakı razılaşmada Türkiyə tərəfi "bazanı boşaldın" tələbini irəli sürdüyü halda Almaniya "İncirlikdən bütün hərbçilərini çıxaracaq" maddəsi də öz əksini tapıb.

Qeyd edək ki, Almaniya parlamenti 1915-ci ildə Osmanlı imperiyasında ermənilərlə bağlı baş verən hadisəyə "soyqırımı" kimi qiymət verdikdən sonra almaniyalı deputatlar təhlükəsizlik baxımından İncirlik ərazisinə buraxılmamışdı. Bu günlərdə Almaniya kansleri Angela Merkel parlamentin qərarının hökumətə aidiyyəti olmayacağını bəyan etdikdən sonra İncirlik məsələsi yenidən gündəmə gəlib.

Xatırladaq ki, Almaniya parlamenti bu yaxınlarda İncirlikdə hərbi bazanın tikintisi üçün 58 milyon avro ayrılması haqda qanun layihəsini təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi