PKK-nın ​Türkiyənin Hakkari vilayətinə hücumu zamanı 2 polis şəhid olub, 11 nəfər yaralanıb - YENİLƏNİB

PKK-nın ​Türkiyənin Hakkari vilayətinə hücumu zamanı 2 polis şəhid olub, 11 nəfər yaralanıb - YENİLƏNİB Yaralanmış polislərə və mülki vətəndaşa tibbi yardım göstərilir
Region
28 İyul , 2016 02:29
PKK-nın ​Türkiyənin Hakkari vilayətinə hücumu zamanı 2 polis şəhid olub, 11 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 28 iyul. REPORT.AZ/ PKK terrorçularının Türkiyənin Hakkari vilayətində polis məntəqəsinə içində partlayıcı qurğu olan avtomobillə hücumu nəticəsində 2 polis şəhid olub, 10-u polis olmaqla 11 nəfər xəsarət alıb. 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Vandan gətirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində 2-i ağır olmaqla 12 polis və 1 mülki vətəndaş yaralanıb. 

Hakkari Dövlət Xəstəxanasına aparılan yaralılardan durumu ağır olan 2 polis şəhid olub. Yaralanmış 10 polisə və 1 mülki vətəndaşa tibbi yardım göstərilir.  

Bölgədə terrorçulara qarşı xüsusi əməliyyat başlanılıb. 

***01:03

PKK terrorçularının Türkiyənin Hakkari vilayətində polis məntəqəsinə içində partlayıcı maddə olan avtomobillə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı yaralanıb.

"Report" "Anadolu" ağentliyinə istinadən xəbər verir ki, partlayıcı maddələrin Vandan gətirildiyi məlum olub.

Xəsarət alanlar Hakkari Dövlət Xəstəxanasına çatdırılıblar.

Bölgədə PKK terrorçularına qaşrı xüsusi əməliyyat başlanılıb.

Son xəbərlər

Orphus sistemi