Türkiyənin hakim partiyasından olan keçmiş deputat həbs edilib

Türkiyənin hakim partiyasından olan keçmiş deputat həbs edilib Keçmiş millət vəkili Trabzonda tutulub
Region
16 Avqust , 2016 10:37
Türkiyənin hakim partiyasından olan keçmiş deputat həbs edilib

Bakı. 16 avqust. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişinə cəhd edən Fetullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan keçmiş deputat professor Aydın Bıyıklıoğlu həbs edilib.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, keçmiş millət vəkili Trabzonda tutulub.

Məhkəmə onun həbs olunması barədə qərar çıxarıb. 

Son xəbərlər

Orphus sistemi