Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi 195 əməkdaşını işdən çıxarıb

Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi 195 əməkdaşını işdən çıxarıb Onlar dövlət qulluqçusu statusundan məhrum ediliblər və bir daha dövlət müəssisələrində işləyə bilməyəcəklər
Region
1 Avqust , 2016 20:57
Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi 195 əməkdaşını işdən çıxarıb

Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 195 əməkdaşını işdən çıxarıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlar dövlət qulluqçusu statusundan məhrum ediliblər və bir daha dövlət müəssisələrində işləyə bilməyəcəklər. 

Məlumata görə, məmurlardan 66-sı nazirlikdə, 86-sı Dövlət Əmlak və Kadastr Baş İdarəsində, 45-i isə "İLBANK A.Ş" Baş İdarəsində çalışırmış. Bundan əlavə, Ətraf Mühit və Şəhərsalma Nazirliyinin şəhər idarələrində işləyən daha 26 əməkdaş sərəncama göndərilib. 

Son xəbərlər

Orphus sistemi