Türkiyənin əmək və sosial müdafiə naziri: "8 minə yaxın məmur dövlət qulluğundan azad ediləcək"

Türkiyənin əmək və sosial müdafiə naziri: "8 minə yaxın məmur dövlət qulluğundan azad ediləcək" FETÖ ilə hər hansı yaxınlığı olmayanlar öz vəzifələrinə qaytarılacaqlar
Region
21 Avqust , 2016 04:00
Türkiyənin əmək və sosial müdafiə naziri: 8 minə yaxın məmur dövlət qulluğundan azad ediləcək

Bakı. 21 avqust. REPORT.AZ/ "Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sora aparılmış istintaq tədbirləri çərçivəsində Türkiyədə 84 min nəfər dövlət qulluqçusu sərəncama göndərilib".

"Report" "Milliyyet.com"a istinadən xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Süleyman Soylu deyib.

Nazir bildirib ki, 8 minə yaxın məmur dövlət qulluğundan azad ediləcək. 

"FETÖ ilə hər hansı yaxınlığı olmayanlar öz vəzifələrinə qaytarılacaqlar" – deyə nazir əlavə edib.  

Son xəbərlər

Orphus sistemi