Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin 560 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin 560 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb "Türk Telekom" şirkəti isə 198 işçisi ilə bağladığı müqaviləyə xitam verib
Region
22 İyul , 2016 17:22
Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin 560 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin 560 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, həmin şəxslər Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli sayılırlar. 

Bundan başqa, Türkiyə İqtiasidyyat Nazirliyinin 15 əməkdaşı işdən kənarlaşdırılıb, "Türk Telekom" şirkəti isə 198 işçisi ilə bağladığı müqaviləyə xitam verib. 

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra dövlət müəssisələrində çalışan və FETÖ ilə əlaqədə şübhəli sayılan on minlərlə işçi vəzifəsindən kənarlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi