Türkiyənin ədliyyə naziri Fətullah Gülənin 5 ölkəyə qaça biləcəyini bildirib

Türkiyənin ədliyyə naziri Fətullah Gülənin 5 ölkəyə qaça biləcəyini bildirib Bəkir Bozdağ: "Onun Türkiyəyə gəlməmək üçün qaçmağa çalışdığı istiqamətdə kəşfiyyat məlumatları var"
Region
26 İyul , 2016 17:50
Türkiyənin ədliyyə naziri Fətullah Gülənin 5 ölkəyə qaça biləcəyini bildirib

Bakı. 26 iyul. REPORT.AZ/ "Fətullah Gülən 5 ölkəyə qaça bilər".

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib. 

Onun sözlərinə görə, Fətullah Gülənin Türkiyəyə gəlməmək üçün qaçmağa çalışdığı istiqamətdə kəşfiyyat məlumatları var: "Gülən Misir, Kanada, Meksika, Avstraliya və Cənubi Afrika Respublikasına qaça bilər. Bu məsələ ilə bağlı tədbirlər görürük, zəruri sənədləri hazırlayırıq və ABŞ-a təqdim edəcəyik".   

Nazir deyib ki, Türkiyədə dövlət çevrilişi cəhdi Fətullah Gülənin rəhbəri olduğu terror təşkilatının üzvləri tərəfindən həyata keçirilib: "Ona görə də Gülənin ekstradisiyası üçün ABŞ-a zəruri cinayət materiallarını göndərmişik və bu müddət ərzində onun həbsdə saxlanılmasını tələb etmişik. ABŞ dövlət katibi Con Kerri bu məsələyə müsbət baxır. Onların bu mövqeyi də Güləni narahat edir. Bu səbəbdən Türkiyəyə ekstradisiya olunmaması üçün ABŞ-a çağırışlar edir. Mən də Gülənə mətbuat vasitəsilə çağırış edirəm. Gəl Türkiyəyə ədalətli şəkildə mühakimə edək. Biz sizinki kimi mühakimə etməyəcəyik". 

Son xəbərlər

Orphus sistemi