Türkiyənin ədliyyə naziri: "Fətullah Gülən ABŞ-dan qaçmaq istəyir"

Türkiyənin ədliyyə naziri: "Fətullah Gülən ABŞ-dan qaçmaq istəyir" Bəkir Bozdağ: "FETÖ başçısı 3 ölkəyə sığına bilər"
Region
4 Oktyabr , 2016 13:12
Türkiyənin ədliyyə naziri: Fətullah Gülən ABŞ-dan qaçmaq istəyir

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Fətullahçı Terror Təşkilatının başçısı Fətullah Gülən ABŞ-dan qaçmaq üçün dövlət axtarır".

"Report" "Heber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfində F.Gülənin ABŞ-dan çıxıb, sığınmaq üçün yeni ölkə axtardığı haqda məlumat var.

Nazirin sözlərinə görə, FETÖ başçısı 3 ölkəyə sığına bilər.

Son xəbərlər

Orphus sistemi