Bakı. 18 fevral. REPORT.AZ/ Türkiyənin Diyarbəkir-Bingölü avtomobil yolunun Lice Mermer hissəsində əsgərlərin olduğu avtomobil karvanı keçərkən törədilən partlayış nəticəsində 6 hərbiçi şəhid olub, biri yaralanıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, partlayış terrorçu PKK-nın yola döşədiyi uzaqdan idarə edilən minaların partladılması nəticəsində baş verib.