Türkiyənin Diyarbakır vilayətində 11 hərbçi yaralanıb

Türkiyənin Diyarbakır vilayətində 11 hərbçi yaralanıb Ərazidə bir çox ev minalandığı üçün hərbçilərin irəlləyişi yavaşlayıb
Region
2 Yanvar , 2016 20:14
Türkiyənin Diyarbakır vilayətində 11 hərbçi yaralanıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Türkiyənin Diyarbakır vilayətində terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvləri ilə hərbçilər arasında baş verən silahlı insident nəticəsində 11 hərbçi yaralanıb.

"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, döyüşlər əsasən Sur rayonunda qeydə alınıb.

Ərazidə bir çox ev minalandığı üçün hərbçilərin irəliləyişi yavaşlayıb.

Yaralı əsgərlər Diyarbakir Hərbi Xəstəxanasına çatdırılıb.

Son xəbərlər

Orphus sistemi