Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyənin daxili işlər və ədliyə nazirləri gələn həftə ABŞ-a səfərə gedəcəklər.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, səfər çərçivəsində Efkan Ala və Bekir Bozdağ Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdindən sonra təşkilatın rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstadisiyası məsələsini müzakirə edəcəklər.