​Türkiyənin cənubunda İŞİD-in 9 üzvü tutulub

​Türkiyənin cənubunda İŞİD-in 9 üzvü tutulub Polis şübhəlilərin üzərindən 9 kq trotil, 4 əl qumbarası, partlayıcı qurğu, intihar kəməri, 4 tapança və 2 tüfəng aşkarlayıb
Region
4 Noyabr , 2015 16:39
​Türkiyənin cənubunda İŞİD-in 9 üzvü tutulub

Bakı. 4 noyabr. REPORT.AZ/ Türkiyə polisi ölkənin cənubunda yerləşən Qaziantep əyalətində, Suriya ilə həmsərhəd ərazidə terrorçu İŞİD qruplaşmasının 9 üzvünü tutub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Yerli hökumət təmsilçiləri bildirib ki, tutulanlar siyasi partiyaların İstanbuldakı qərargahlarını partlatmaq istəyiblər.

Polis şübhəlilərin üzərindən 9 kq trotil, 4 əl qumbarası, partlayıcı qurğu, intihar kəməri, 4 tapança və 2 tüfəng aşkarlayaraq götürüb.  

Son xəbərlər

Orphus sistemi