​Türkiyənin cənub-şərqində polis zabiti güllələnib

​Türkiyənin cənub-şərqində polis zabiti güllələnib Hücumda "PKK" terror qruplaşması ittiham olunur
Region
30 İyul , 2015 13:12
​Türkiyənin cənub-şərqində polis zabiti güllələnib

Bakı. 30 iyul. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətində bir polis zabiti və bir nəfər mülki vətəndaş naməlum şəxslərin açdığı atəş nəticəsində həlak olub. Bu barədə "Report" Anadolu agentliyinə istinadən xəbər verir.

Polisdəki mənbənin agentliyə verdiyi məlumata görə, Çinar rayonundakı çayxanada oturan polis zabiti Mehmet Uyar və Osman Karan avtomobildən uzun çaplı silahdan açılan atəşlə qətlə yetiriliblər.

Hücumda "PKK" terror qruplaşması ittiham olunur.

Üçüncü xəsarət alan - İbrahim Turan Diyarbəkir xəstəxanalarından birinə köçürülənə qədər yaralı halda yerli xəstəxanaya yerləşdirilib.

Hücumda şübhəli bilinənlərin axtarışı və tutlması ilə bağlı tədbirlər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi