Bakı. 28 aprel. REPORT.AZ/ Türkiyənin Bursa şəhərində Ulucami məscidinin yaxınlığında terror aktı törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, şübhəlilərin bəziləri ölkənin başqa əyalətlərində tutulub və Bursaya aparılıb.
Qeyd edək ki, aprelin 27-də Bursa şəhərində Ulucami məscidinin yaxınlığında törədilən terror aktı nəticəsində 13 nəfər yaralanıb. Terror törədən qadın özünü partladaraq, öldürüb.