Türkiyənin baş naziri xalqı meydanları tərk etməməyə çağırıb

Türkiyənin baş naziri xalqı meydanları tərk etməməyə çağırıb Binəli Yıldırım: "Ankara və İstanbulda meydanlara toplanmalarını rica edirəm"
Region
16 İyul , 2016 11:01
Türkiyənin baş naziri xalqı meydanları tərk etməməyə çağırıb

Bakı. 16 iyul. REPORT.AZ/ "Vətəndaşlarımızdan hadisə tamamilə başa çatmayanadək meydanları tərk etməməyi xahiş edirik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

O qeyd edib ki, həbslər hələ də davam edir. 

"Vətəndaşlarımızdan hadisə tamamilə başa çatmayanadək meydanları tərk etməməyi, hətta Ankara və İstanbulda meydanlara toplanmalarını rica edirəm. İşlərimiz planlaşdırıldığı kimi davam edir. İnşallah, bu caniləri, terror təşkilatı üzvlərini təsirsiz hala gətirəcəyik" -, deyə baş nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi