Türkiyənin baş naziri: "Türk hərbçiləri Başikada qalacaq"

Türkiyənin baş naziri: "Türk hərbçiləri Başikada qalacaq" Binəli Yıldırım : "63 dövlət İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraqa hərbçi göndərib"
Region
6 Oktyabr , 2016 15:11
Türkiyənin baş naziri: Türk hərbçiləri Başikada qalacaq

Bakı. 6 oktyabr. REPORT.AZ/ "İraq hökumətinin nə söyləməsindən asılı olmayaraq, bölgədə İŞİD-ə qarşı mübarizə aparmaq üçün türk hərbçisi Başikada qalacaq".

"Report" NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım ölkənin Ticarət və Birjalar Palatası Birliyinin 9-cu Ticarət və Sənaye Şurasında İraq hökumətinin Başika ilə bağlı çıxışlarına münasibət bildirərkən vurğulayıb.

"İŞİD-ə qarşı mübarizə aparmaq üçün 63 dövlət İraqa hərbçi göndərib. Bu baxımdan İraq hökumətinin Türkiyəyə qarşı belə çıxış etməsi gülüncdür. Bunun heç bir xoşməramlı izahı yoxdur. Türkiyə haqqında cəfəngiyyat danışmağa İraq hökumətinin həddi çatmaz" - baş nazir bildirib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin 500 hərbçisi üç ildir Mosul əyalətinə bağlı Başika bölgəsinə yerləşdirilib. Onlar İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraqın şimalında Kürd Muxtar Bölgəsinin silahlılarına təlim keçir.

Son xəbərlər

Orphus sistemi