​Türkiyənin baş naziri Rusiyanın sanksiyalarını tənqid edib

​Türkiyənin baş naziri Rusiyanın sanksiyalarını tənqid edib Davudoğlu: "Bu vəziyyətdə gərginliyin aradan qaldırılması prioritet ola bilər"
Region
29 Noyabr , 2015 22:17
​Türkiyənin baş naziri Rusiyanın sanksiyalarını tənqid edib

Bakı. 29 noyabr. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya hökumətinin ölkəsinə qarşı qadağalarını tənqid edib.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, onun sözlərinə görə, bu vəziyyətdə gərginliyin aradan qaldırılması və "Su-24" kimi insidentlərin qarşısının alınması prioritet ola bilər.

Noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyasının milli təhlükəsizliyi və Rusiya vətəndaşlarının cinayətkar və ya digər hüquqazidd əməllərdən qorunmasının təmin edilməsi və Türkiyə Respublikasına qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi üzrə tədbirlər haqqında" fərman imzalayıb. Sənəd faktiki olaraq Türkiyə biznesinə qarşı qadağa nəzərdə tutur. Konkret məhdudiyyətlər siyahısını hökumət hazırlayacaq.

Moskva və Ankara arasında münasibətlər Rusiya hərbi təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasından sonra pisləşib.

Son xəbərlər

Orphus sistemi