Türkiyənin baş naziri: "Onlara hədlərini bildirəcəyik"

Türkiyənin baş naziri: "Onlara hədlərini bildirəcəyik" Əhməd Davudoğlu: "HDP siyasi partiyadır, yoxsa, terror qruplaşmasının əlavəsi?"
Region
28 Dekabr , 2015 14:14
Türkiyənin baş naziri: Onlara hədlərini bildirəcəyik

Bakı. 28 dekabr. REPORT.AZ/ "Türk əsgərinin qanı məsələsini heç kimlə müzakirə etməyəcəm. Onların niyyətləri hələ məlum deyil. Biri "Türkiyə qan içində olacaq" deyəcək, qaçaq çaydan danışacaq, mən də o masada oturacağam, eləmi?! Getsinlər Kandildə qaçaq çay içsinlər".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu Serbiyaya səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib. 

Müxalif Xalqların Demokratik Partiyasının (HDP) həmsədəri Səlahəddin Dəmirtaşın son günlər Türkiyənin konstitusiyasına qaşrı çıxışlarına və ölkədə qanunsuz fəaliyyət göstərən təşkilatlaın toplantılarında iştirakına münasibət bildirərən baş nazir qeyd edib ki, HDP siyasi əxlaq normalarını pozur: "Onlar gecə yaratdıqları lətiflərlərlə bizə istehza edəcəklər, eləmi?! Siyasət nəzakət məsələsidir. Onlara hədlərini bildirəcəyik. HDP siyasi partiyadır, yoxsa, terror qruplaşmasının əlavəsi?! Türkiyəyə hücum etmək istəsələr bunlar və bunların xaricdəki ağıllı müəllimləri meyadana girir. Mənim bir masaya oturmağım üçün ciddi bir siyasi partiya olmalıdırlar. Hanı, bəs, türkiyələşəcəkdilər?!".

Son xəbərlər

Orphus sistemi