​Türkiyənin baş naziri "one minute"dan sonra ilk dəfə Davosa gedəcək

​Türkiyənin baş naziri "one minute"dan sonra ilk dəfə Davosa gedəcək Hökumət başçısı Əhməd Davudoğlu foruma qatılacaq
Region
5 Yanvar , 2015 17:05
​Türkiyənin baş naziri one minutedan sonra ilk dəfə Davosa gedəcək

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu İsveçrənin Davos şəhərində keçiriləcək Ümumdünya İqtisadi Forumunda iştirak edəcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, tədbir yanvarın 21-24-də keçiriləcək.

Xatırladaq ki, 2009-cu ildə Türkiyənin o vaxtkı baş naziri Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti Şimon Pereslə birlikdə iştirak etdiyi "Qəzza Orta Şərqdə sülh modeli" toplantısında bu tədbirə qatılmayacağını bildirmişdi.

O, Qəzzada baş verən hadisələrə görə İsraili qınamış, Ş.Peresə "one minute" (bir dəqiqə) deyərək təpki göstərmiş, ayağa qalxaraq demişdi: "Davosa bir daha qatılmaram". O bunun ardınca toplantını tərk etmişdi. Həmin vaxtdan indiyədək Türkiyə baş nazir səviyyəsində forumda təmsil olunmayıb.

Son xəbərlər

Orphus sistemi