​Türkiyənin baş naziri İrana iki günlük səfərə gedib

​Türkiyənin baş naziri İrana iki günlük səfərə gedib Səfər zamanı ikitərəfli münasibətlər, region problemləri və s. müzakirə olunacaq
Region
5 Mart , 2016 04:27
​Türkiyənin baş naziri İrana iki günlük səfərə gedib

Bakı. 5 mart. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyəti İrana iki günlük səfərə gedib.

"Report" xəbər verir ki, nümayəndə heyətinə iqtisadiyyat, gömrük və ticarət işləri, energetika və təbii sərvətlər, nəqliyyat, gəmiçilik və rabitə nazirləri daxildir.

Gözlənildiyinə görə, o, Tehranda İranın birinci vitse-prezidenti İshaq Cahangiri, xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə danışıqlar aparacaq, həmçinin İslam Respublikasının prezidenti Həsən Ruhani tərəfindən qəbul ediləcək.

Danışıqların mövzusu ikitərəfli münasibətlər, region problemləri və Ankara ilə Tehran arasında ticari-iqtisadi əlaqələr olacaq.

Son xəbərlər

Orphus sistemi