​Türkiyənin baş naziri: "Əlaqələrin normallaşması Türkiyə və İsrail xalqlarının xeyrinədir"

​Türkiyənin baş naziri: "Əlaqələrin normallaşması Türkiyə və İsrail xalqlarının xeyrinədir" Romada səfərdə olan İsrailin baş naziri Binyamin Netanyahu normallaşma ilə bağlı bəyanat verib
Region
27 İyun , 2016 14:35
​Türkiyənin baş naziri: Əlaqələrin normallaşması Türkiyə və İsrail xalqlarının xeyrinədir

Bakı. 27 iyun. REPORT.AZ/ "Həyatını itirən vətəndaşlarımızın ailələrinə İsrail 20 milyon dollar məbləğində təzminat ödəyəcək".

"Report" xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım İsraillə münasibətlərin normallaşmasına dair çıxşında bildirib.

Onun sözlərinə görə, iyunun 28-də Türkiyənin Xarici İşlər Nazirliyinin müşaviri qarşı tərəflə müvafiq sənədi imzalayacaq: "Bundan sonra təsdiqlənmə prosesi olacaq. Sənəd Türkiyə Böyük Millət Məclisində təsdiqlənəcək".

Baş nazir vurğulayıb ki, İsrail hökumətinin başçısı Binyamin Netanyahu 2013-cü ilin martında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefon açaraq, ondan "Mavi Mərmərə" gəmisində baş vermiş hadisə ilə bağlı üzr istəyəndən sonra normallaşma prosesi başlayıb: "Bu, anlaşma üçün atılan ilk addım idi. Türkiyənin daha iki şərti var idi. Biri Fələsitinə humanitar yardımla bağlı embarqonun yumuşaldılması, digəri isə hadisə nəticəsində həyatlarını itirən vətəndaşlarımızın ailələrinə təzminatın verilməsi idi. Bu iki məsələ qərarda təsdiqləndi".

B.Yıldırım əlaqələrin normallaşmasının Türkiyə və İsrail xalqlarının xeyrinə olduğunu söyləyib. Onun sözlərinə görə, bundan sonra səfirlər qarşılıqlı olaraq, fəaliyyətlərini davam etdirəcəklər.

İnformasiyaya görə, Romada səfərdə olan İsrailin baş naziri Binyamin Netanyahu da əlaqələrin normallaşması ilə bağlı bəyanat verib.

Hər iki dövlətin baş naziri Bakı vaxtı ilə saat 14:00-də çıxış edib.

Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. O zaman Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın etmiş, Türkiyənin 9 vətəndaşını öldürmüşdü.

Son xəbərlər

Orphus sistemi