​Türkiyənin baş naziri: "Dövlətimizin təhlükəsizliyi pozularsa, atəşkəs qarşımızı ala bilməz"

​Türkiyənin baş naziri: "Dövlətimizin təhlükəsizliyi pozularsa, atəşkəs qarşımızı ala bilməz" Əhməd Davudoğlu: ""YPG" və "PYD" ünsürləri əməllərinə diqqət etsinlər"
Region
25 Fevral , 2016 13:45
​Türkiyənin baş naziri: Dövlətimizin təhlükəsizliyi pozularsa, atəşkəs qarşımızı ala bilməz

Bakı. 25 fevral. REPORT.AZ/ "Atəşkəs Suriyada savaşan tərəflər üçün keçərlidir. Türkiyə istənilən tərəfdən təhdid edilərsə, dövlətimizin təhlükəsizliyi pozularsa, bu atəşkəs bizim qarşımızı ala bilməz".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu Konyadakı tədbirdə çıxışı zamanı vurğulayıb.

""YPG" və "PYD" (terrorçu PKK-nın Suriyadakı qolları - "Report") ünsürlərinə açıq-aşkar bildirirəm ki, "atəşkəsdir" deyib, Türkiyəyə qarşı fəaliyyətlərini davam etdirməsinlər. Əməllərinə diqqət etsinlər", -deyə, o, bildirib.

Xatırladaq ki, Türkiyə də Suriyadakı atəşkəsə qoşulduğunu bəyan edib.

Qeyd edək ki, ABŞ və Rusiya Suriyada atəşkəs rejiminin fevralın 27-də başlaması haqda razılığa gəlib. Silahlı münaqişədə iştirak edən tərəflər fevralın 26-sı günorta saatlarınadək atəşkəs rejiminə qoşulacaqlarını bildirməlidir. İŞİD və Ən-Nusra silahlı qruplaşmalarından başqa bütün tərəflərdən bu rejimə qoşulmaları haqda cavab gözlənilir.

Son xəbərlər

Orphus sistemi