Türkiyənin baş naziri Çankayada ilk dəfə müxalifət liderləri ilə görüşəcək

Türkiyənin baş naziri Çankayada ilk dəfə müxalifət liderləri ilə görüşəcək Tədbir avqustun 22-də olacaq
Region
20 Avqust , 2016 13:57
Türkiyənin baş naziri Çankayada ilk dəfə müxalifət liderləri ilə görüşəcək

Bakı. 20 avqust. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım parlamentdə təmsil olunan müxalifət partiyalarından ikisinin lideri ilə Çankaya iqamətgahında görüşəcək.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş avqustun 22-də səhər saat 10:00-da (Bakı vaxtı ilə saat 11:00-da ) başlayacaq.

Məlumata görə, hakim Ədalət və İnkişaf Partiyasının sədri və baş nazir Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Çankaya iqamətgahında bir araya gələcəklər.

Türkiyə KİV-inin yazdığına görə, baş nazirin iqamətgahında ilk dəfə belə bir görüş keçiriləcək.

Son xəbərlər

Orphus sistemi