Türkiyənin baş naziri: "Bəşşar Əsəd keçid dövründə vasitəçi ola bilər"

Türkiyənin baş naziri: "Bəşşar Əsəd keçid dövründə vasitəçi ola bilər" Binəli Yıldırım: "Türkiyə yaxın 6 ay ərzində Suriya məsələsində fəal rol oynaycaq"
Region
20 Avqust , 2016 14:46
Türkiyənin baş naziri: Bəşşar Əsəd keçid dövründə vasitəçi ola bilər

Bakı. 20 avqust. REPORT.AZ/ "Bəşşar Əsəd keçid dövründə vasitəçi olaraq qəbul edilə bilər".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım xarici jurnalistlərlə görüşündə bildirib.

"Türkiyə yaxın 6 ay ərzində Suriya məsələsində fəal rol oynayacaq", - deyə baş nazir vurğulayıb.

B.Yıldırım deyib ki, Türkiyə Suriyanın etnik mənsubiyyətə görə parçalanması, xüsusilə kürdləri təmsil edən terrorçuların Türkiyənin sərhədinə qonşu bölgələri nəzarət altına alması kimi ambisiyalarını həyata keçirməsinin qarşısını almağa çalışacaq.

FOTO: "Milliyet"

Son xəbərlər

Orphus sistemi