Türkiyənin baş naziri 1 500 məhkəmə iddiasını geri götürüb

Türkiyənin baş naziri 1 500 məhkəmə iddiasını geri götürüb Binəli Yıldırım dövlət çevrilişi cəhdindən sonra ölkədə hər kəsin milli maraqlar naminə birləşməsinə fayda vermək üçün belə bir addım atıb
Region
4 Avqust , 2016 13:24
Türkiyənin baş naziri 1 500 məhkəmə iddiasını geri götürüb

Bakı. 4 avqust. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım 1 500 məhkəmə iddiasını geri götürüb. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra ölkədə iqtidarlı-müxalifətli hər kəsin milli maraqlar naminə birləşməsinə fayda vermək üçün belə bir addım atılıb. 

Məlumata görə, baş nazirin vəkili Tuba Kılıç ötən gün İstanbul 10-cu Asliye Cəza Məhkəməsinə bununla bağlı ərizə təqdim edib. 

Ərizədə Türkiyənin parçalanması, vətəndaş müharibəsinə zəmin yaradılması, dövlət idarə və müəssisələrinin ələ keçirilməsi, xalqın seçdiyi prezidentin devrilməsi, milli iradənin təzyiq altında saxlanılması, siyasi qarışıqlıq çıxarılması kimi məqsədlərə nail olmaq üçün iyulun 15-də ölkədə xaincə, hüquq və demokratiyaya sığmayan çevrilişə cəhd göstərildiyi də xatırladılıb. 

Son xəbərlər

Orphus sistemi