Türkiyənin Azərbaycandakı səfirinin yeni iş yeri məlum olub

Türkiyənin Azərbaycandakı səfirinin yeni iş yeri məlum olub İsmayıl Alpər Coşqun Türkiyə XİN-də işləyəcək
Region
26 Avqust , 2016 10:18
Türkiyənin Azərbaycandakı səfirinin yeni iş yeri məlum olub

Bakı. 26 avqust. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqunun yeni iş yeri məlum olub.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, diplomat bundan sonra Türkiyənin Xarici İşlər Nazirliyində işləyəcək.

Qeyd edək ki, 2012-ci ilin sentyabrın 24-dən Türkiyənin Azərbaycandakı səfiri olan İ.A.Coşqunun səlahiyyət müddəti başa çatıb. Türkiyə Xarici İşlər Nazirliyinin şöbə müdirinin müavini Erkan Özoral Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Son xəbərlər

Orphus sistemi